Nifrət yaradan iyrənc bir mənzərə var ortalıqda - ÖZƏL
10 Mart 2023 11:53 Sosial"Dünən əlimə hər adamda olmayan Tibbi Sığorta Agentliyinin və TƏBİB-in əməliyyatlara görə təyin etdiyi qiymətlər və həkimlərə verilən zəhmət haqqı siyahisi düşdü. Rəsmən rəzalət və biyabırçıliq". "Olaylar" xəbər verir ki, bunu öz Facebook səhifəsində yazan psixoloq Ramil Nəcəfli əlavə edib ki, yenə də hərənin öz ətrafı, yenə dostbazliq, yenə mafiyalasma söhbəti var ortada: "Dostlarını bir xəstəxanaya toplayıb yüksək maaş təyin edirlər. Dost tanış olmayanlara isə qəpik- quruş yazırlar. Özünə hörmət edən həkim də pul qazanmaq üçün xəstələrlə məcbur separat danışıqlara girir. Rəsmi yox, qeyri-rəsmi qazanca məruz qalır. Gizli iş çevirməyə vadar edilir. Nə həkimlər birləsib bu eybəcərliklə mübarizə aparır, nə də basbilənlər. Budurmu sizin yaratdığınız Səhiyyə sistemi ? Səhiyyə Nazirliyi sadəcə kənardan baxıb qımışir. Əminəm ki, bir projeleri varsa da o da pulları TƏBİB-dən "necə qopardaq" adlanır. Nifrət yaradan iyrənc bir mənzərə var ortalıqda".