İmran Mehdiyev vəfat etdi
10 Mart 2023 10:34 SosialUzun illər rəhbər vəzifələrdə çalışmış, eləcə də Sovet dövründə Naxçıvan Muxtar Respublikasına rəhbərlik etmiş İmran Mehdiyev vəfat edib.
Olaylar.az Redaktor.az-a istinadən xəbər verir ki, iqtisad elmləri doktoru İ.Mehdiyev 87 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, İ.Mehdiyev 1976-1979-cu illərdə Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1979-1982-ci illərdə Naxçıvan MSSR Nazirlər Sovetinin sədri vəzifələrində çalışıb.
Daha sonra bir sıra yüksək vəzifələri, həmçinin İsmayıllı rayon komitəsinin birinci katibi vəzifəsini tutan İ.Mehdiyev müstəqillik illərində (1991-1999) Sənaye və tikinti materialları nazirinin birinci müavini postunu icra edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31