Ürək iltihabı nədir? - ÖZƏL

"Ürək əzələsinin iltihabına miokardit deyilir. Ürək əzələsinin iltihabı ürək əzələ hüceyrələrinin deformasiyasına və ya ölümünə səbəb olur". "Olaylar" xəbər verir ki, bunu Kardioloq Gunel Kerimova deyib. Bildirib ki, sinə ağrısı, nəfəs darlığı, ürək ritminin pozulması, ürək döyüntüsü, yorğunluq kimi şikayətlərə səbəb ola bilər: "Bəzi qan dəyərləri ürək əzələsinin iltihabı səbəbindən yüksələ bilər. Buna görə qan testləri tələb oluna bilər. EKQ, exokardioqrafiya və ürək biopsiyası tələb oluna bilər.Ürəyin MRT-si ürək iltihabının diaqnozunda və müalicənin təqibində ödem və iştirakını göstərmək üçün istifadə edilə bilən diaqnostik üsuldur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31