Azərbaycanda valideyn iclasına gedən qadın yoxa çıxdı
9 Mart 2023 12:39 Sosialİtkin düşən 31 yaşlı kənd sakini Leyla Abdullayevanın axtarışları davam etdirilir.
Olaylar.az Bizim.media-ya istinadən xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsindən əldə edilən məlumata görə, Yalama kənd sakini L.Abdullayeva fevralın 18-də məktəbdəki valideyn iclasına getmək adı ilə evdən çıxıb. Həmin gündən ondan heç bir xəbər yoxdur.
Qeyd edək ki,qadın həyat yoldaşından ayrılıb, iki uşaq anasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31