14 yaşlı azərbaycanlı qeyri-adi cihaz hazırladı - Zəlzələni öncədən biləcəyik - VİDEO
7 Mart 2023 13:52 SosialLənkəran rayonu N. Axundov adına Boladi kənd 1 saylı tam orta məktəbdə təhsil alan 7-ci sinif şagirdi Ravil Həsənovun hazırladığı zəlzələ anını səs siqnalı ilə xəbərdarlıq edən qurğu hazırlayıb.
Mövzu ilə bağlı Referans.az-a danışan həmin məktəbin fizika müəllimi Seyran Əliyev bir çox şagirdin bu cür yaradıcı işlər gördüyünü bildirib.
"Şagirdimiz Ravil Həsənovun hazırladığı zəlzələ anını səs siqnalı ilə xəbərdarlıq edən qurğudur. Əlbətdəki bu kəşf və ixtira deyil. Buna bənzər qurğular çox insanlara məlumdur. Qurğunun iş prinsipi kiçik titrəyişdən kontakt-rəqqasın digər kontaktla qapanması nəticəsində səs siqnalını işə salmağından ibarətdir. Ravilin dərslərdə keçdiyimiz mövzülara uyğun təcrübələr üçün digər qurğular da hazırlayıb. Belə yaradıcı şagirdlərimiz çoxdur. Cabbarov Talib, Məhərrəmov Muhəmməd, Ağa Mehdixan və digər şagirdlərimizi misal göstərə bilərik. Dərslərdə layihə əsaslı təlimlərə üstünlük veririk. Hər mövüya uyğun evdə kustar üsullada olsa nəsə düzəldib şagirdlərə nümayiş etdiririk. Tez-tez də mövzuya uyğun təcrübə və ya hər hansı qurğuları hazırlamağı şagirdlərimizə tapşırırıq. Məktəbimizdə "Robototexnika və mühəndislik klubu" yaratmışıq. Şagirdlərimizin asudə axtlarını səmərəsiz şeylərə deyil, belə texniki yaradıcılığa sərf etməsi bizi çox sevindirir. İnanıram ki, bu şagirdlər gələcəyin yaradıcı mühəndisləri olacaqlar".