Dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir - Ombudsman

"Dərman vasitələrinin keyfiyyəti narahatlıq yaradan problemlərdən biridir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında ombudsman Səbinə Əliyeva deyib.

"Eyni tərkibli, lakin müxtəlif ölkələrdə istehsal olunan dərmanların orqanizmə təsiri həmin dərmanların keyfiyyəti məsələsinə ciddi yanaşma tələb edir. Bu baxımdan, dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir", - deyə ombudsman bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31