Paytaxtın bu ərazilərində su olmayacaq
7 Mart 2023 10:57 SosialBu gün paytaxtın Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Bülbül, Xəqani, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva və Bəşir Səfəroğlu küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "OLAYLAR"-a "Azərsu" ASC-dən verilən xəbərə görə, məhdudiyyətlər gün ərzində davam edəcək.
Səhmdar Cəmiyyətdən bildirilib ki, buna səbəb magistral su kəmərində aparılan yenidənqurma işləridir.
Narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31