Şəhid Eşqin Hüseynov dəfn olundu - FOTO

Martın 5-də qeyri-qanuni erməni birləşmələrinin təxribatı nəticəsində şəhid olan hərbçimiz Eşqin Hüseynovla vida mərasimi keçirilib.

Olaylar.az qafqazinfoya istinadən xəbər verir ki, şəhidimizin doğulduğu Tovuz rayonunun Hunanlar kəndində yas mərasimi təşkil olunub. O, bu gün kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, E.Hüseynov subay olub, ailədə bir qardaş və bir bacısı var. Şəhidin qardaşı da hərbçidir.

Dəfnindən fotoları təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31