Ağalı kəndində artıq 86 ailə yaşayır - Prezidentin xüsusi nümayəndəsi
6 Mart 2023 13:52 SosialBu ilin sonunadək Füzuli-Hadrut, Bərdə-Ağdam, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yollarının layihələndirilməsini tamamlamaq planlaşdırılır.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan işğaldan azad edilmiş ərazilərindəki (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə deyib.
Onun sözlərinə görə, Əhmədbəyli-Şuşa və Horadiz-Ağbənd avtomobil və dəmir yollarında böyük irəliləyiş əldə olunub.
"Avtomobil yolunun layihələndirilməsi 73, dəmir yolunun layihələndirilməsi isə 33 faiz tamamlanıb", - o deyib.
Hüseynov, həmçinin, Zəngilan rayonunun Ağalı kəndində artıq 86 ailənin yaşadığını xatırladıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31