Cinayəti törədənlər Azərbaycan polisinin peşəkarlığını nəzərə almayıblar
6 Mart 2023 14:29 Sosial"Xətai rayonunda yerləşən supermarketdə baş vermiş ağır kriminal əməl Azərbaycan Respublikasında xüsusilə ağır cinayətləri doğuran səbəb və şəraitin törədilməsi üçün xarakterik cəhət sayılmasa da, ehtimal etmədiyimiz və gözləmədiyimiz "sosial "səbəblər bunu doğurdu...Xüsusilə ağır cinayətin törədilməsində öncədən hazırlıq görülüb, mütəşəkkil dəstəyə və onun havadarlarına sərf edəcək məkan da öncədən bəlli olaraq seçilib-Xətai rayonu..." "Olaylar" xəbər verur ki, bunu deyən "Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin sözlərinə görə, amma bu cinayətin iştirakçıları Azərbaycan Polisinin xüsusilə ağır ictimai təhlükəli əməli törədənlərin şəxsiyyətlərinin müəyyən edilməsi barədə az bir zaman ərzində məlumat əldə edəcəyini və zərərsizləşdiriləcəklərini əsla düşünməyiblər, polisin peşəkarlığını bu dərəcədə gözləməyiblər: "Zaman göstərdi ki, Azərbaycan polisi həmişə ayıq və sayıqdır, əməliyyat-axtarış fəaliyyətini ictimaiyyətlə əlaqədə qura bilir, verilən dəqiq tapşırıqlar nəticəsində daxil olmuş məlumatlar təsdiqini tapır. Polisin böyük rezonans doğuran ağır və qanlı hadisə ilə bağlı çevik reaksiyası gələcəkdə hazırlana bilən və hazırlanacaq oxşar cinayətlərin iştirakçılarına da bir mesajdır,-Farağat durun! Qənaətimə görə polis haqqında və əməliyyat-axtarışı fəaliyyəti haqqında qanunlarda ekstremal şəraitlərdə polisin səlahiyyətlərinin artırılması istiqamətində dəyişikliklərə ehtiyac var. Azərbaycan xalqı Azərbaycan Polisinin qürur duyulacaq fəaliyyətindən dərin məmnunluqlarını şövqlə ifadə edirlər".