Tələbə qəbulu ilə bağlı ərizələr martın 15-dək qəbul ediləcək
6 Mart 2023 11:57 SosialAli və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2023-cü il martın 1-də başlayıb və 15-dək internet vasitəsilə aparılır.
Bu barədə Dövlət İmtahan Mərkəzi "Olaylar"a verilən məlumatda bildirilib ki, ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Qəbul elanının tam mətni: https://bit.ly/3ZpSJMk
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31