“WhatsApp”dan ciddi XƏBƏRDARLIQ: Bu gündən bəzi hesablar silinəcək

Bu gündən etibarən bəzi "WhatsApp" istifadəçiləri hesablarını itirmək riski ilə üzləşəcəklər.

25 il əvvəl dünyada ilk dəfə 7 uşaq doğuldu - Hamısı sağdır

Belə ki, mesencerin rəhbərliyi müəyyən müddət ərzində aktiv olmayan şəxsi istifadəçi hesablarını silməyə başlayacaq. Əsasən 120 gün və ya daha çox aktivliyi olmayanlar risk altındadır.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, yəni bu müddət ərzində şəxsin hesabı qeyri-aktiv olarsa, o, bərpa hüququ olmadan silinəcək və orada saxlanılan bütün məlumatlara giriş itiriləcək.

"WhatsApp" tərtibatçıları bu tədbiri yaddaşın ümumi həcminə qənaət etmək zərurəti ilə izah edirlər, çünki bəzi istifadəçi məlumatları "bulud"da saxlanılır. Bundan əlavə, qeyri-aktiv hesabların silinməsi tələb olunan proqram təhlükəsizliyi səviyyəsini qorumaq və adi istifadəçilərin məlumatlarını qorumaq üçün lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31