Minaya düşərək həlak olan baş leytenant dəfn olunub
6 Mart 2023 10:18 SosialMartın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu dəfn olunub.
Olaylar.az "Report"a istinadən bildirir ki, şəhid baş leytenantın cənazəsi Neftçala şəhər qəbiristanlığında Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, K.Hüseynov Neftçala şəhərində anadan olub. O, subay idi.
Allah rəhmət eləsin!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31