"Avtoşluq" etdiyi üçün həbs olunan sürücü bu məmurun oğludur - VİDEO

Masallı-Yardımlı-Lənkəran yolunu bağlayaraq avtoxuliqanlıq edən sürücünün videosu Avtosfer.az saytında dərc edildikən sonra məsələ dərhal nəzarətə götürüldü və həmin avtoxuliqanlıq əməlini törədən sürücü Y.İsmayılov və avtomobilin sahibi M.Fəttahlı müəyyən edilərək barələrində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Y.İsmayılov sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs olunub, M.Fəttahlı isə cərimə olunub".

Olaylar.az Avtosfer.az-a istinadən xəbər verir ki, avtoxuliqanlıq əməlini törətdiyinə görə həbs olunan Y.İsmayılov, Lənkəran şəhər 1 saylı notariat ofisinin rəhbəri Səfər İsmayılovun oğludur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31