Hücum zamanı güllə yarası alan şəxsin SON VƏZİYYƏTİ
4 Mart 2023 20:48 SosialBakıda hipermarketə hücum zamanı güllə yarası alan şəxs əməliyyat edilib.
Olaylar.az milli.az-a istinadən xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
Belə ki, 1990-ci il təvəllüdlü Şeydayev Ruslan Samir oğlu döş qəfəsinin deşilmiş yarası diaqnozu ilə mərkəzə yerləşdirilib.
O, cərrahi əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31