Supermarketdə öldürülən şəxsin kim olduğu AÇIQLANDI
4 Mart 2023 20:29 SosialBu gün Xətai rayonu ərazisində yerləşən marketlərdən birində bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olub.
Olaylar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Facebook"da məlumat yayıb.
Bildirilib ki, Hərbiləşdirilmiş Mühafizə İdarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə hadisənin araşdırılması məqsədilə əməkdaşlıq edir: "Nəticəsi barədə müvafiq hüquq-mühafizə orqanları tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31