3 mart - Ümumdünya Vəhşi Təbiət Günüdür

Ümumdünya Vəhşi Təbiət Günü diqqəti vəhşi fauna və yabanı floranın müxtəlifliyinə və gözəlliyinə cəlb etmək imkanı verir, habelə təbiəti mühafizə tədbirlərinin insana faydası barədə məlumatlılıq səviyyəsini artırmağa kömək edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Olaylar"a bildirilib ki, 1973-cü ilin həmin günündə nadir flora və fauna növləri ilə beynəlxalq ticarəti tənzimləyən, CITES kimi məşhurlaşan Konvensiya qəbul edilib. Bu il Konvensiyanın imzalanmasının 50 illiyi qeyd edilir. CİTES Konvensiyasının əsas məqsədləri, kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin və onların məskunlaşdığı təbii şəraitin qorunmasının təmin edilməsinə diqqətin artırılması, bu növlərin, onların hissələrinin və derivatlarının beynəlxalq ticarətinın Konvensiyanın və daxili qanunvericiliyin tələblərinə müvafiq təmin edilməsindən ibarətdir. Bu il Ümumdünya Vəhşi Təbiət Gününün mövzusu "Vəhşi təbiəti mühafizə üçün tərəfdaşlıq"dır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31