Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
2 Mart 2023 18:44 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 376 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Olaylar.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 118, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 101, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 134, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 23 nəfərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31