Hacı Şahinin ölümü ilə bağlı araşdırma aparılır
2 Mart 2023 16:23 SosialHacı Şahinin ölümü ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
"1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Hacı Şahin Həsənli gecə saatlarında ürəktutmasından dünyasını dəyişib.
Olaylar.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31