Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib - ÖZƏL
2 Mart 2023 10:13 SosialAzərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 1 Mart Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə tədbir keçirilib. Akademiyadan "Olaylar"a bildirilib ki, tədbirdə Riyaziyyat və informasiya texnologiyaları kafedrasının müdiri tex.f.d.Umarova Nigar Əvəz qızı "Risklərin müasir texnologiyalarla qiymətləndirilməsi" mövzusunda çıxış etmişdir. Mülki müdafiə məqsədi ilə tətbiq olunan kütləvi humanitar tədbirlərə aid məlumatları təqdimat və videoçarxla vermişdir. Həmin kafedranın mülki müdafiə müəllimi Ələkbərov Yunis İbrahim oğlu mülki müdafiənin yaranma tarixi,onun həyatda rolu,vəzifələri,mümkün təhlükələr və əhalinin mühafizəsinə aid maraqlı məlumatlarla çıxış etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31