İşsiz və işaxtaran şəxslərin nəzərinə

Martın 2-də Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialının təşkilatçılığı, Hədəf Şirkətlər Qrupunun  (Hədəf Qrup) təşəbbüsü ilə əmək yarmarkası keçiriləcək. "Olaylar" xəbər verir ki, tədbirdə 20 müəssisə tərəfindən 120-dən artıq vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub. Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (http://www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Əmək yarmarkası Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi 245 ünvanda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31