21- ci əsrdə... Arxasızdır döyülməlidir, əzilməlidir? – Əməkdar jurnalist
1 Mart 2023 11:05 Sosial22 yaşlı xanımın anasız böyüdüyünü, gəlin getdiyi evdə zorakılığa məruz qaldığını, 3 yaşlı övladının əlindən alındığını, doğma atası və əri tərəfindən əzildiyini ürək ağrısı ilə oxudum və çox təəsüfləndim. Bir ata öz qızını, bir ər uşağının anasını boşanmaq istədiyi üçün küçədə necə sürüyə bilər? Özbaşınalıqdlrmı?
22 yaşlı qadın Azərbaycan vətəndaşıdır və onun hüquqları Azərbaycan qanunvericiliyi ilə qorunur. (Qorunmalıdır!) Necə yəni boşanmaq istədiyi üçün döyülür, zorakılığa, işgəncələrə məruz qalır.
Özəlliklə övladın doğma ata- anası tərəfindən zorakılığa məruz qalması heç ağıla sığmır. Həm də 21- ci əsrdə... Anasızdır, arxasızdır döyülməlidir, əzilməlidir?
Bu nə yanaşma, nə aqressiyadır? Bu ata, ər deyilən əzazil cahildir, anladıq. Bəs insanlıq, insani hisslər... Əlbəttə , bu xanıma da cəmiyyət sahib çıxmalıdır, çıxacaq. Ancaq bu cəhalətdən qalma tiplərlə nə qədər qadını əzəcək, intihara sürükləyəcək? Ata ögey ana ilə rahat yaşayacaq deyə, qızından bu yolla imtina edir. Qaynana cahilin yekəsi- sadəcə arvad! Ər avara! Belə halda 22 yaşlı gənc ana ölməlidirmi və ya məcburi gəlinlik etməyə məhkumdurmu? Əlbəttə yox! Cahillər qulaqlarını açıb bir az da yaxşı eşitsinlər: Azərbaycan dünyəvi dövlətdir, qanun var, qayda var... Dünya zorakılığa çoxdan son deyib. Hərçənd ki, siz cahil xəbərsizlərsiniz.
Mətanət Ağamirli
Əməkdar jurnalist