Sovet dövründə “vərəm dərmanı” adlanan resept - Öskürəyi yox edir
1 Mart 2023 11:02 SosialBu reseptin 100 yaşı var və öskürəyə qarşı sovet dövründə hər evdə hazırlanardı.
Vərəm xəstələrinə də kömək etdiyi üçün "vərəmlərin dərmanı" adlanardı. Onu uşaqlar və böyüklərə vermək olar.
Olaylar.az məşhur resepti təqdim edir:
Qaynadılmış bir stəkan isti südə bir xörək qaşığı təmiz kərə yağı, bir xörək qaşığı təmiz bal, çay qaşığı ucunda çay sodası qatıb qarışdırılır.
Sonda çiy yumurtanın sarısı qarışdırılıb bura qatılır. Və üzərinə 2 damcı yod damızdırılır.
Soyutmadan içilməlidir. Ağır öskürəkdə gündə 2 dəfə içilir.
Hazırlanması zamanı ardıcıllığa dəqiq əməl edin.
Bizim.Media
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31