Külli miqdarda siqaretlər və spirtli içkilər aşkar edildi - FOTO

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin  və spirtli içkilərin realizə edilməsinin qarşısını alıblar.

Belə ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Şərur rayon sakininin yaşadığı ünvana baxış keçiriblər.

Baxış zamanı həmin ünvanda yerləşən evin həyətyanı sahəsində olan yardımçı tikililərdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və aksiz markası ilə markalanmayan müxtəlif adlarda, ümumilikdə 370760 ədəd siqaretlər və  41 ədəd spirtli içkilər  aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31