Zəlzələ bölgəsinə artıq geyim əşyalarının göndərilməsinə ehtiyac yoxdur - Cahit Bağcı

Zəlzələ bölgəsinə artıq geyim əşyalarının göndərilməsinə ehtiyac yoxdur.

Olaylar.az  bildirir ki, bunu bu gün Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı brifinq zamanı deyib.

O qeyd edib ki, yardım etmək istəyənlər daha çox çadır, isidici, adyallar göndərə bilər.

"Geyimlər artıq təcili ehtiyac siyahısında deyil. Bu istiqamətdə yetəri qədər yardım toplanıb", - deyə səfir əlavə edib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub. Trend 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31