Ədliyyə naziri Yevlaxda vətəndaşları qəbul edəcək
14 Fevral 2023 13:46 SosialÖlkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən fevralın 15-də Yevlax şəhərində ədliyyə fəaliyyəti ilə bağlı Yevlax və Bərdə rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşların qəbulu keçiriləcək. Nazirlikdən "Olaylar"a bildirilib ki, vətəndaşlar qəbula Bərdə regional ədliyyə idarəsi (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 110; əlaqə telefonları: (02020) 5-43-07, (070) 738-17-19), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), (099) 317-22-05 nömrəli telefonları və http://[email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər. Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (http://www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.