"Atam, anam, qardaşım, mən və Stalin" əsərinin tamaşası olacaq

Fevralın 15-i saat 19:00-da Aktyor evində Azər Turanın müəllifi olduğu "Atam, anam, qardaşım, mən və Stalin" dramı əsasında əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanovun quruluş verdiyi eyni adlı tamaşa nümayiş olunacaq.
Olaylar.az xəbər verir ki, tamaşa Cəfər Cabbarı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının  aktyor bazasında nümayiş olunacaq.

Qeyd edək ki, tamaşa Hüseyn Cavidin 140 illiyinə həsr olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31