Ürək-damar xəstəlikləri üçün hansı risk faktoru var? - ÖZƏL
14 Fevral 2023 12:34 Sosial"Yüksək xolesterin olaraq bilinən hiperlipidemiya qanda müxtəlif yağların olması lazım olandan daha yüksək olduğu bir vəziyyətdir. Xolesterol qanda olan əsas yağ növüdür. Qanımızda xolesterindən əlavə, trigliseridlər adlanan başqa bir yağ növü var". Olaylar" xəbər verir ki, bunu deyən kardioloq Günel Kərimovanın sözlərinə görə, hiperlipidemiya, yəni yüksək xolesterol adətən heç bir əlamət göstərmir. Çox yüksək xolesterolu olan bəzi xəstələrdə (məsələn, ailəvi hiperlipidemiya) gözlərin və ya oynaqların ətrafında sarı, mumlu, yağlı lövhələr və ya xolesterol halqaları ola bilər: "Bir insanın yüksək xolesterol problemi olub olmadığını müəyyən etməyin yeganə yolu qandakı lipid dəyərlərini ölçməkdir. Ürək-damar xəstəlikləri üçün risk faktoru olmayan sağlam fərdlərin qanda xolesterinin səviyyəsi hər beş ildən bir, ürək-damar xəstəlikləri olan insanlar isə ən azı ildə bir dəfə həkim tərəfindən başqa hal nəzərdə tutulmayıbsa, qanda xolesterinin səviyyəsini ölçməlidirlər.