Oğlan uçaqlarının əksəriyyəti hərbçi olmaq istəyir - Millət vəkili - ÖZƏL - FOTO

Millət vəkili Musa Qasımlı Yardımlı rayonunda fəaliyyət göstərən təhsil ocaqlarına baş çəkib. Bu barədə "Olaylar"a millət vəkili özü məlumat verib: "Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə xanım Məmmədova ilə birlikdə  şəhər 1 və 2 saylı orta məktəblərə baş çəkdim. Direktorlar qız övladlarımızın dərsdən yayınma hallarının olmadığını dedilər. Şagirdlərdən hansı peşəni, sənəti seçəcəklərini soruşdum. Cavablarında qızların demək olar ki, hamısı həkim, müəllim, mühəndis, proqramçı, dizayner, hüquqşünas, oğlanlar isə xüsusi təyinatlı qüvvələrdə xidmət etmək, hərbçi, tarixçi, hüquqşunas, polis, həkim olmaq istəklərini bildirdilər. Yolunuz açıq olsun!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31