Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlandı
13 Fevral 2023 19:35 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1-i vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 828 235 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 986 nəfər müalicə olunaraq sağalıb, 10 099 nəfər vəfat edib, aktiv xəstə sayı 150 nəfərdir.
Ölkədə son sutka ərzində 879, hazırkı dövrədək isə 7 505 997 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31