Aztəminatlı ailələrdən olan uşaqların sünnət aksiyası təşkil edilib - ÖZƏL - FOTO
5 Noyabr 2022 23:16 SosialOlaylar.az xəbər verir ki, Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının təşəbbüsü, Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun təşkilatçılığı ilə bir qrup aztəminatlı ailələrdən olan uşaqların sünnət aksiyası təşkil olunub.
Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktoru Elman Quliyevin, xəstəxananın cərrahı Xəlil həkimin bu aksiyada əməyi danılmazdır.
Aksiyada Milli Məclisin deputatı Fəzail Ağamalının köməkçisi Xidmət Orucov və Ana Vətən Partiyasının Neftçala rayon təşkilatının sədri Nuranə Abdullayeva iştrak etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31