Bakıda polisin yanğında zəhərlənən şəxsi xilasetmə görüntüləri - ANBAAN VİDEO
20 May 2022 12:24 SosialÖtən gün paytaxtın Nəsimi rayonunda mənzillərdən birində baş verən yanğın zamanı bir nəfər tüstüdən zəhərlənərək evdə huşsuz halda qalıb.
Köməksiz vəziyyətdə qalan vətəndaşı xilas etmək üçün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı polis serjantı Elnur Əhmədov həyatını təhlükə altına ataraq onu xilas etmək üçün yanğın baş verən mənzilə daxil olub.
Polis əməkdaşının şücaəti nəticəsində vətəndaşın həyatı xilas edilib və o, hadisə yerində olan təcili yardım stansiyasının həkimlərinə təhvil verilib.
Həmin görüntüləri təqdim edirik:
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31