Külək nə vaxt səngiyəcək? - AÇIQLAMA

Bu gün Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti davam edəcək.

Bunu  açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O bildirib ki, axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacaq: "Mayın 21-i səhər saatlarından etibarən külək zəifləyəcək. Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir".

G.Məmmədova əlavə edib ki, bölgələrdə də yağıntılı hava şəraiti davam edəcək. Mayın 21-də səhər saatlarından yağıntı kəsiləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31