"Analoji işlər növbəti illərdə də aparılacaq" - Emin Əmrullayev
22 Aprel 2022 18:33 SosialAzərbaycanda hər altı şagirdə bir kompüter düşür.
Olaylar.az bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, bu göstərici bir sıra ölkələri qabaqlayır və nazirlik məktəblərin kompüterlərlə təchiz olunması üçün işlər aparılır.
"Bu il Azərbaycan məktəblərini 50 min kompüterlə təchiz etmək planlaşdırılırdı. Həmçinin, ali tədris müəssisələri kompüterlə təmin olunur. Analoji işlər növbəti illərdə də aparılacaq", - nazir deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31