Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti Azərbaycanda Miqrasiya üzrə Qlobal Paktın icrası üzrə ikinci çoxtərəfli məsləhətləşmə keçirib
22 Aprel 2022 17:55 SosialAprelin 20-də BMqT-nin Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti (DMX) Beynəlxalq Miqrasiya İcmalı Forumuna (BMİF) həsr olunmuş "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Paktın Azərbaycanda icrasında bütün cəmiyyətin iştirakının vacibliyi" mövzusunda sayca 2-ci məsləhətləşmələr təşkil etdi.
Tədbirin məqsədi "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt"ın icrasında və Azərbaycanda miqrasiya siyasətinin formalaşmasında bütün cəmiyyətin iştirakının vacibliyi barədə fikir mübadiləsinin aparılması idi.
Müzakirələr BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və DMX-nin rəisi Vüsal Hüseynovun rəsmi açılış nitqləri başladı.
Açılış nitqində Qyorqiyev yerli vətəndaş cəmiyyəti təşkilatlarına miqrasiyanın idarə edilməsi yollarını müzakirə etmək və Qlobal Paktın həyata keçirilməsində onların rolunu tapmaq imkanı verilməsinin vacibliyini vurğuladı. "Miqrasiya heç vaxt bitməyən bir mövzudur. Məhz buna görə də insan mobilliyi və onun tənzimlənməsi həmişə maraqlı tərəflərin və tərəfdaşların diqqət mərkəzində olmalıdır", deyə Qyorqiyev bildirdi.
Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov öz çıxışında qeyd etdi ki, miqrasiyanın müxtəlif aspektləri üzrə təşəbbüslərin real uğura çevrilməsi üçün Miqrasiya üzrə Qlobal Paktın həyata keçirilməsində vətəndaş cəmiyyət təşkilatlarının iştirakı vacibdir. Onun sözlərinə görə hazırda yerli QHT-lərin, xarici miqrantların və özəl sektorun nümayəndələrini bir araya toplayan və Xidmətin nəzndində yaradılan Miqrant Şurası, İctimai Şura və Məsləhət Şurası miqrasiya sahəsində problemlərin həllində dövlət qurumları və cəmiyyət arasında əməkdaşlığın yaxşı nümunəsidir.
Məsləhətləşmələr BMqT-nin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Nərgiz Kərimova və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənovun Qlobal Pakt və miqrasiya sahəsində cəmiyyət nümayəndələrinin rolu haqda çıxışları ilə davam etdi.
Dövlət Miqrasiya Xidməti yanında fəaliyyət göstərən Miqrant Şurasının, İctimai Şuranın, Məşvərət Şurasının və Bakı Dövlət Universitetinin nümayəndələri də Azərbaycanda Qlobal Paktın tətbiqinə vətəndaş cəmiyyəti təşkilatlarının necə töhfə verə biləcəyi ilə bağlı fikirlərini bölüşdülər.
Sonda iştirakçılar miqrasiya ilə bağlı aktual məsələləri müzakirə edib, fikir mübadiləsi aparıblar.
IOM Azerbaijan and the State Migration Service organized the 2nd multidimensional three-stages consultations in implementation of GCM in Azerbaijan
On 20 April 2022, IOM Azerbaijan and the State Migration Service (SMS) organized consultations titled "The importance of participation of whole-society in the implementation of the Global Compact for Safe, Orderly and Regular Migration (GCM) in Azerbaijan" dedicated to the International Migration Review Forum (IMRF).
The event began with the official opening session where the participants were welcomed by Mr Vladimir Gjorgjiev, Chief of Mission for IOM Azerbaijan, and Mr Vusal Huseynov, Chief of the State Migration Service.
In his opening remarks, Mr Gjorgjiev highlighted the importance of providing an opportunity to the local civil society organizations to discuss ways of managing migration and find their role in the implementation of GCM. "Migration is a topic that never ends. That is why human mobility and its regulation must be always on the focus of stakeholders and partners," said Gjorgjiev.
Vusal Huseynov noted that engagement with civil society organizations in the implementation of the GCM is important to make the initiatives on various aspects of migration a real success. He said that the Migrant Council, the Public Council, and the Advisory Board under SMS which gathered representatives of the local NGOs, foreign migrants, and the private sector is a good example of cooperation among the government institutions and society in addressing issues in the field of migration.
After opening speeches, the consultations followed with presentations on GCM and the role of civil society organizations in the implementation of GCM delivered by representatives of IOM Mission in Azerbaijan Ms Nargiz Karimova, and Chairman of the Public Council under SMS Mr Azer Allahveranov.
Representatives of the Migrant Council, the Public Council, the Advisory Board under SMS, and the Baku State University also shared their insights on how civil society organizations can contribute to the implementation of GCM in Azerbaijan.
During the consultation, the participants discussed current issues related to migration and exchanged views.