Brilliant Dadaşovadan SƏRT TƏNQİD: “Mərsiyə” tərzində muğamlar oxuyur” - VİDEO
22 Aprel 2022 14:02 SosialXalq artisti Brilliant Dadaşova sənətçi həmkarlarını "mərsiyə oxuyan ifaçı" adlandıraraq, onları tənqid edib.
Dadaşova bu barədə İTV-yə müsahibəsində deyib.
"Bizdə elə bir tendensiya yaranıb ki, gənclərimizin bir hissəsi "mərsiyə" tərzində dinləyib, oxuyurlar. Bir hissəsi də "mərsiyə" tərzində muğamlar oxuyur. Belə olduğu halda bizim estrada musiqimiz tənəzzülə uğraya bilər. Məhz bu səbəbdən mən iyun ayının 1-də olan konsertimə bizim klassik estrada musiqilərimizi oxumaq üçün bir sıra yanımda olan gənc ifaçıları səhnəyə çıxardacağam", - deyə ifaçı bildirib.
Yenilik.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31