Ukraynada həlak olan azərbaycanlının nəşi bu gün ölkəyə gətiriləcək

Ukraynada həlak olan Məmmədov İlqarın nəşi bu gün ölkəyə gətiriləcək. Olaylar.az-a verilən xəbərə görə, Samux rayonunun Sərkar kənd sakini, 1977-ci il təvəllüdlü Məmmədov İlqar Girman oğlu Ukraynanın Mariupol şəhərində həlak olub.Samux rayon İcra Hakimiyyətindən bildirilib ki, İlqar Məmmədov martın 17-də Ukraynanın Mariupol şəhərində yaralıları digər sığınacağa evakuasiya edən zaman, əraziyə bomba düşməsi nəticəsində ağır qəlpə yarası alıb. O, elə hadisə yerində dünyasını dəyişib. Mərhum öncə Mariupolda dəfn edilib. Sonradan onun dəfn yeri müəyyən olunub. Bundan başqa onun ailə üzvlərinin də uzun zaman mühasirədə qaldığı bildirilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31