Polis Tərtərdə reyd keçirib

Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dayanma-durma və parklanma qaydalarını pozan sürücülərlə bağlı reydlər keçirilib. Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən reydlər zamanı piyada səkilərində və digər müəyyən edilməyən ərazilərdə avtomobilləri park edən sürücülər aşkarlanıb. Qayda pozan sürücülərlə profilaktiki səpkidə söhbətlər aparılıb, 20 nəfər barəsində isə inzibati tənbeh tədbiri görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31