Fədayə ilə Tacirin arxiv VİDEOsu yayıldı: Cavan idim də, həyəcanlanmışdım

Müğənni Fədayə Laçın uzun müddət küsülü qaldığı keçmiş duet ortağı Tacir Şahmalıoğlu ilə arxiv videolarını sosial şəbəkə hesabında paylaşıb.

Olaylar.az xəbər verir ki, xanım sənətçi Tacirlə ilk duetlərini - bəstəkarı Tahir Əkbərin olduğu "Əzizim" mahnısını 1999-cu ildə AzTv-də duet oxuduqları həmin kadrlarını təqibçilərinə təqdim edib.

Müğənni bu barədə yazıb:

"Bu əsəri oxuyanda həyəcanlanmışdım. "Birdən alınmaz" deyə. Cavan idim də. Böyük bəstəkarımız, rəhmətlik T.Əkbər dedi ki, oxuyacaqsan! Dedim oxuyacam e, amma Tacir kimi oxuya bilməyəcəyəm axı. Dedi özün kimi oxuyacaqsan...
Oxudum və ən sevilən duetlərimizdən biri oldu. Amma "kimdən küsdü cavanlığım?".

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31