Azərbaycanın məşhur müğənnisi vəfat etdi
22 Aprel 2022 10:04 SosialAzərbaycanlı xanəndə, bəstəkar Oqtay Hacıyev vəfat edib.
Olaylar.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Bəstəkar 71 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Hacıyev Oqtay Abuzər oğlu 1951-ci ildə Şəmkirin Zəyəm-Cırdaxan kəndində anadan olub.
O, Xan Şuşinskinin sonuncu tələbəsi idi. Mərhum xanəndə eyni zamanda məşhur "Neyçün bəs" mahnısının müəllifidir. Sözügedən mahnını ilk dəfə 1979-cu ildə Xalq artisti Arif Babayev efirdə səsləndirib.
Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31