Bakıda 15 yaşlı qız itkin düşüb - FOTO

Bakı şəhərində yeniyetmə qız itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşayan 2007-ci il təvəllüdlü Məmmədova Nilüfər Elxan qızı 29 mart 2022-ci il tarixində yaşadığı evdən xəbərsiz çıxaraq itkin düşüb.

Onun barəsində məlumatı olan şəxslərdən Xəzər Rayon Polis İdarəsinə, 012-554-22-22 və 055-270-24-34 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Eyni zamanda, N.Məmmədovanın yeri barədə DİN-in "102" Xidməti Zəng Mərkəzinə də zəng edərək məlumat verə bilərsiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31