Koronovirusla bağlı son vəziyyət - FOTO
19 Aprel 2022 22:00 SosialAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 391 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 572 nəfər müalicə olunaraq sağalıb, 9 706 nəfər vəfat edib, aktiv xəstə sayı 113 nəfərdir.
Ölkədə son sutka ərzində 4 553, hazırkı dövrədək isə 6 776 404 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31