JuHİ Ukraynalı jurnalistlərə dəstək aksiyasında effektiv  iştirakına görə  beynəlxalq təşkilatlardan  təşəkkür aldı

Bakı. Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı ( JuHİ ) Ukrayna  jurnalistlərinə dəstək məqsədilə keçirilən beynəlxalq kampaniyada aktiv və effektiv  iştirakına görə təşəkkür alıb.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, kampaniya Avropa Jurnalistlər Federasiyasının (EFJ) təşkilatçılığı,  Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ) dəstəyi və digər beynəlxalq media qurumlarının iştirakı ilə keçirilərək üç istiqaməti əhatə edir: "Birinci istiqamət maliyyə yardımı üzrə keçirilir.  EFJ və  İFJ-nin təşkilatçılığı ilə Təhlükəsizlik Fondu yaradılıb. EFJ/İFJ-nin  Avropa ölkələri üzrə yerli üzv təşkilatları bu fonda ianələr köçürürlər. Fond, ümumilikdə açıq fəaliyyət göstərir və istənilən  təşkilatlar, həmçinin, könüllü olaraq fiziki şəxslər də ianələr edə bilərlər. İndiyədək fonda iki yüz əlli min evrodan artıq vəsait toplanılıb və Rusiyanın Ukraynada apardığı müharibədən zərər çəkimiş jurnalistlərə çatdırılıb.  Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı da  EFJ və İFJ-nin yerli üzv təşkilatı  olaraq ianə kampaniyasında aktiv iştirak edib".

Beynəlxalq aksiyanın ikinci istiqaməti Ukraynalı jurnalistlərə mənəvi dəstək verilməsini nəzərdə tutur. Müşfiq Ələsgərli bildirib ki, bu məqsədlə  "Perugia bəyannaməsi" hazırlanıb və  imzalanmaq üçün milli jurnalist təşkilatlarına göndərilib. JuHİ bu kampaniya da da aktiv iştirak edib.

Üçüncü istəqamət isə informasiya dəstəyinin verilməsidir. Bu hissədə ukraynalı jurnalistlərin Rusiya tərəfindən aparılan müharibə nəticəsində üzləşdikləri problemlər barədə məlumatlandırma işinin  aparılması nəzərdə tutulur.

Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı kampaniyanın hər üç mərhələsində aktiv və effektiv iştirak etməklə diqqət çəkib. EFJ  baş katibi Ricardo Gutierrez və Ukrayna Kütləvi İnformasiya İnstitutunun  (Інститут Масової Інформації -ІМІ) direktoru Oksana Romaniuk JuHİ-yə təşəkkürlərini çatdırıblar.

JuHİ informasiya departamenti  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31