QHT sədri aztəminatlı ailələrə Ramazan sovqatı payladı - FOTO
18 Aprel 2022 15:42 Sosial"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin sədri Lamiyə İsazadə hər il Novruz, Ramazan, Qurban və Yeni il bayramlarında aksiyalar təşkil edərək aztəminatlı uşaqlı ailələrə yardım göstərir. Hər il olduğu kimi, bu il də dünya müsəlmanlarının əziz, müqəddəs ayı olan mübarək Ramazan ayında QHT sədri xeyriyyəçi insanların dəstəyilə Gəncə şəhərində yaşayan aztəminatlı uşaqlı ailələri ziyarət etdi. Ailələrin bir qismini təşkilat sədri şəxsən ziyarət etdi, digərlərini isə təşkilatın üzvləri ziyarət edib Ramazan sovqatlarını təhvil verdilər. Ramazan sovqatı ilə birlikdə ailədəki uşaqlara müxtəlif geyimlər də hədiyyə edildi. Ümumilikdə iyirmi aztəminatlı ailəyə Ramazan sovqatı verildi.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31