Hüseyn fanatlarını qayışla döyən şəxsdən danışdı - VİDEO
18 Aprel 2022 11:57 SosialXəbər verdiyimiz kimi, Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənovun Bakıda ticarət mərkəzlərindən birində fanatları ilə görüşü zamanı xoşagəlməz hadisə baş verib. Belə ki, səhnədə yer alan şəxslərdən biri fanatları qayışla vurub.
Hüseyn də sözügedən görüntülərə münasibət bildirib.
O, İnstaqram hesabında paylaşım edərək bildirib ki, həmin şəxs onun mühafizəçilərindən deyil. Bloqer fanatları qayışla vuran şəxsin kimliyini araşdıracağını bildirib.
Qeyd edək ki, Azərbaycanda pandemiya şəraiti ilə əlaqadar qapalı məkanlarda maskadan istifadə tələbi var. Buna baxmayaraq, görüşdə buna əməl olunmayıb.
Bundan başqa, qapalı məkanda insanların sıx toplanışı da sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31