Jurnalistlərə iqtisadi dəstəklə bağlı bir sıra təkliflər hazırlanıb - Agentlik
18 Aprel 2022 10:56 SosialJurnalistlərin iqtisadi müstəqilliklərinin gücləndirilməsi istiqamətində dəstəyin göstərilməsi üçün bir sıra təkliflər hazırlanıb.
Olaylar.az bildirir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) mətbuat katibi Səidə Şəfiyeva bildirib.
O qeyd edib ki, agentliyin yaradılmasında əsas məqsədlərdən biri jurnalistlərin iqtisadi müstəqilliklərini gücləndirməyə dəstəyin göstərilməsidir.
"Bu istiqamətdə də MEDİA bir sıra təkliflər hazırlayıb və aidiyyəti üzrə hazırda müzakirələr aparılır", - deyə o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31