Bakıda “Mercedes”in bir neçə dəfə çevrilməsi zamanı xəsarət alanların durumu açıqlandı - VİDEO
18 Aprel 2022 10:41 SosialBakıda ağır avtomobil qəzası baş verib.Bu barədə video sosial şəbəkədə paylaşılıb.Qəza nəticəsində "Mercedes-Benz" markalı, 10-ND-561 dövlət nömrə nişanlı avtomobilin bir neçə dəfə çevrilərək aşdığı iddia edilir.Qəzada beş nəfər yaralanıb. Üç böyük və iki azyaşlının olduğu qəzadan sonra iki nəfər Kliniki Tibbi Mərkəzə müraciət edib. Qəza zamanı nəqliyyat vasitəsində olan uşaqların müvafiq olaraq səkkiz və doqquz yaşları olub.
Həmin görüntüləri təqdim edirik:
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31