Pandemiya nə vaxt sona yetəcək?

Quru sərhədlərini açmaq üçün heç bir maneə yoxdur. Sərhədləri mütləq açmaq lazımdır. Üzü yaya gedir. Yəni turizm mövsümü başlayır. Turizm Azərbaycanın qeyri-neft sektorunun nəhəng istiqamətlərindən biridir. Bu mənada quru sərhədlərinin bağlı qalmasının adı yoxdur". Olaylar xəbər verir ki, bunu  Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev növbəti mərhələdə quru sərhədlərinin açılması ilə bağlı fikirlərini bölüşərkən bildirib. M.Quliyev qarşıdakı günlərdə quru sərhədlərinin açılmasının gözlənildiyini vurğulayıb.

Onun sözlərinə görə, sərhədlər tədricən açılmalıdır və bununla bağlı məlumat əhaliyə elan olunmalıdır: "Bütün dünyada pandemiya yavaş-yavaş sönür. Payıza qədər yəqin ki, pandemiya olmayacaq. Hesab edirəm ki, sərhədlərin açılmasında ləngimək lazım deyil".

Komitə sədri hələlik maska qadağasının aradan qaldırılmasının tərəfdarı deyil: "Maska ilə bağlı mənim fikrim fərqlidir. Maskanı hələ də qapalı məkanlarda saxlamaq lazımdır. Nə zamankı Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyini elan edəcək, onda maska qadağasını ləğv etmək olar. Bir sözlə, maska və vaksinasiya davam etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31