Sabah ting paylama aksiyası keçiriləcək

Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "SOCAR PETROLEUM" QSC-nin birgə təşkilatçılığı ilə 16 aprel 2022-ci il tarixində saat 13:30-da Binəqədi-Novxanı yolunda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində tinglərin paylanması aksiyası keçiriləcək. "Olaylar" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırır: "Əldə etdiyiniz tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə bizimlə bölüşə bilərsiniz".

Ünvan: "SOCAR PETROLEUM" - Binəqədi rayonu, Binəqədi qəsəbəsinin şimal hissəsi, Binəqədi-Novxanı yolu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31