Azərbaycanda koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırılacaq - RƏSMİ
15 Aprel 2022 11:11 Sosial"Koronavirusla bağlı məhdudiyyətlər növbəli şəkildə aradan qaldırılır".Olaylar.az-ın məlumatına görə, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bildirib. Onun sözlərinə görə, ölkədə məhdudiyyətlər COVID-19 xəstəliyinin yayılma tezliyinə əsasən tənzimlənir:
"Bir çox məhdudiyyətlərin qaldırılması haqda müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə verilən təkliflər dəyərləndirilir və həyata keçirilir".
O qeyd edib ki, çox yaxın vaxtda həmin təkliflər barədə qərar veriləcək və digər məhdudiyyətlər aradan qaldırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31